Karyera

Həyat sığortası idarəsninin mütəxəssisi

26.04.2023

Namizədə tələblər

  • Yaş: 18-35
  • Təhsil: Ali
  • İş təcrübəsi: Müştəri xidmətləri, satış bacarığı
  • Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), əlavə olaraq Ingilis dili  (arzuolunadır)

Şəxsi keyfiyyətlər

  • Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
  • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

Əsas vəzifə öhdəlikləri

  • Mövcud müştərilərlə iş
  • Potensial müştərilərin axtarışını həyata keçirmək
  • Potensial müştərilər bazasını tərtib etmək
  • Potensial müştərilərlə görüşlərin keçirilməsində müstəqil şəkildə iştirak etmək, müştərilərin tələblərinə uyğun olaraq sığorta proqramlarının təşkil edilməsinə dair məsləhətlər vermək
  • Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
  • Şirkətin maraqları çərçivəsində müştərilərlə danışıqlar aparmaq və müştəriləri Şirkətlə əməkdaşlıq etməyə dəvət etmək
  • Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək

İş şərtləri

  • Əmək müqaviləsi bağlanılır
  • İş vaxtı 09:00 - 17:30
  • İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
  • Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
  • Əmək Haqqı: Müsahibə əsnasında təyin olunacaq. (sabit əmək haqqı və rüblük  bonus sistemi)

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruiting@ateshgah.com -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Həyat sığortası idarəsinin mütəxəssisi  qeyd etmələri xahiş olunur.