Antikoronavirus sığortası
Şirkətin müştərilərinin qayğısına qalaraq zamanında atdığı adımlardan biri də koronavirus infeksiyasından Sığorta məhsulunun yaradılmasıdır.
"Antikoronavirus" sığorta məhsulu Azərbaycan Respublikasının ərazisində qüvvədədir və COVİD-19 virusunun nəticələrindən sığortalanmaq istəyən fiziki şəxslər üçün nəzərdə tutulub.
Sığorta haqqı yaş həddindən asılı olaraq dəyişir.
Təyin olunmuş yaş həddi 2 qrupa bölünür və hər yaş qrupu üzrə 3 növ sığorta paketi təqdim olunur.
18-50 yaş
Sığorta haqqı | Sığorta məbləği – Yoluxma üzrə sublimit - Covid-19 nəticəsində viral pnevmoniya |
---|---|
39 AZN | 1 000 AZN – 125 AZN - 300 AZN |
79 AZN | 2 000 AZN – 250 AZN - 600 AZN |
119AZN | 3 000 AZN – 300 AZN - 900 AZN |
51-60 yaş
Sığorta haqqı | Sığorta məbləği – Yoluxma üzrə sublimit - Covid-19 nəticəsində viral pnevmoniya |
---|---|
65 AZN | 1 000 AZN – 125 AZN - 300 AZN |
135 AZN | 2 000 AZN – 250 AZN - 600 AZN |
195 AZN | 3 000 AZN – 300 AZN - 900 AZN |
Sığorta riskləri:
- COVİD – 19 virusuna yoluxma
- Ağ ciyərlərdə Covid-19 nəticəsində viral pnevmoniya
- Sığorta olunanın sığorta müddəti ərzində hər səbəbdən ölümü
Covid-19 virusuna yoluxma halında “Atəşgah Həyat” Sığorta Şirkəti seçdiyiniz paketdən asılı olaraq sizə sublimit ödəyəcəkdir.
Müqavilə üzrə gözləmə müddəti:
- Sağalmaz Xəstəliklərdən Sığorta üzrə - 14 təqvim günü;
- Müddətli Həyat Sığortası üzrə - 30 təqvim günü.
Tez-tez verilən suallar
-
1. Hansı hallarda “Antikoronavirus” sığorta məhsulu üzrə təminat verilir?
COVID-19 virusuna yoluxma və sığorta olunanın ölümü halında.
-
2. Hansı müddətə sığorta müqaviləsi bağlanılır?
Sığorta müqaviləsinin etibarlıq müddəti 6 aydır.
-
3. Sublimit nədir?
Sığorta məbləği ümumi olaraq şəhadətnamə üzrə müəyyən edilir. Sublimit isə bu şəhadətnamədə ümumi sığorta məbləğinin daxilində hansısa risk üçün hədd deməkdir. “Antikoronavirus” məhsulu üzrə bu risk yoluxma riski təyin edilmişdir.