Новости
Sağlam həyat tərzini təbliğ edərək “Atəşğah Həyat” SŞ Yoqa tədbiri keçirib
10.06.2019
İyunun 8-i, “Atəşgah Həyat” Sığorta Şirkəti “Dünya Sağlamlıq Gününə” özəl olaraq korporativ müştəriləri üçün Yoqa tədbiri keçirib. Şirkət tərəfindən qəbul olunmuş “Loyallıq Sistemi” çərçivəsində keçirilən tədbirin təşkil olunmasında əsas məqsəd, müştərilərin asudə vaxtlarını sağlam həyat tərzinə həsr etmələrinə ilhamlandırmaq olmuşdur.
Tədbirə dəvət alan müştərilər peşəkar yoqa mütəxəssisinin rəhbərliyi ilə fərqli yoqa hərəkətlərini tətbiq edərək, bu təlim növünün əsasları haqqında məlumat alıblar.
Tədbiri aparan yoqa müəllimi müştərilərə müxtəlif məsləhətlər verərək, onlara yoqanın incəliklərindən söhbət açıb.
Tədbirin sonunda iştirakçılara dietik şirniyyatlar və şirələr təqdim olunub. Müştəri məmnuniyyətinə böyük əhəmiyyət verən “Atəşgah” SŞ bu kimi layihələri tez-tez keçirtməyi planlaşdırır.