2023
“Atəşgah Həyat” SŞ-də telemarketinq şöbəsi təsis edildi.
2022
“Atəşgah Həyat” SŞ-nin sosial media hesabları yenilənərək müasir üslubda tərtib olundu.
2021
“Atəşgah Həyat” SŞ-nin İSO 9001:2015 standartına uyğun yenidən sertifikatlaşdırma aparılıb. “Atəşgah Həyat” SŞ korporativ veb səhifəsini yeniləyərək, müştərilər üçün yeni onlayn xidmətlər təqdim edib. Şəxsi kabinet yenilənərək, müştərilərin istifadəsinə verilmişdir.
2020
“Atəşgah Həyat” SŞ şirkətdaxili elektron sənəd dövriyyəsi sisteminin tətbiqini WSS sistemi vasitəsilə həyata keçirmişdir.
2018
“Atəşgah Həyat” SŞ Bakı Fond Birjasının (BFB)“Listinq Məsləhət Proqramı”na qoşuldu.
2017
“Atəşgah Həyat” SŞ Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Şəffaf vergi partnyorluğu” statusuna layiq görüldü.
2016
“Atəşgah Həyat” SŞ Azərbaycan İpoteka Fondunun müvəkkil sığorta şirkətlərinin yenilənmiş siyahısına daxil edildi
2014
“Atəşgah Həyat” SŞ İcbari Sığorta Bürosunun üzvü oldu
2013
“Atəşgah Həyat” SŞ və Azərbaycanın digər iki həyat sığortası «Paşa Həyat» və «Qala Həyat» şirkətlərinin iştirakı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə əməkdaşlıq və tərəfdaşlığı.
2010
«Atəşgah Həyat” SŞ “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq xidmət göstərmək üçün ilk lisenziya almışdır.
2009
Korporativ stilin dəyişilməsi. «Atəşgah Həyat» həyat sığortası xidmətlərini göstərmək üçün müddətsiz lisenziyanın alınması. Azərbaycan qanunvericiliyinə uyğun olaraq, «Kavkaz» SŞ Azərbaycanda ilk həyat sığortası şirkəti olan “Atəşgah Həyat” adlandırılması
2008
Azərbaycanda ilk dəfə olaraq həyat sığortası üzrə “Atəşgah Həyat” şirkətinin yaradılması.