Həyat sığortası ilə bağlı tez-tez verilən suallar
Həyatın Yığım Sığortası
-
1. Müvəqqəti olaraq növbəti sığorta haqqıdı ödəmək üçün vəsaitim yoxdursa, lakin sığortanı davam etdirmək istəyirəmsə, bu zaman vəziyyətdən mümkün çıxış yolları nədir?
Müqaviləni qüvvədə saxlanılması şərti ilə sığorta haqqının ödənilməsini dayandırmaq olar.
-
2. Bir neçə müqavilə bağlaya bilərəm?
Bəli, fəaliyyət göstərdiyiniz sektordan asılı olaraq gəlirinizin 50%-i keçməmək şərti ilə yeni müqavilə bağlaya bilərsiniz.
-
3. Sığorta haqlarını artırıb azaltmaq mümkündür mü?
Bəli, sığorta haqları artırılıb azaldıla bilər.
-
4. Ödənilən sığorta haqlarını ABŞ dollarına konvertasiya etmək mümkündürmü?
Bəli, aylıq konvertasiya mövcuddur.
-
5. Həyatın Yığım Sığortası üzrə necə məlumat ala bilərəm?
Hər hansı sualınız yaranarsa, 012 (940) cağrı mərkəzi ilə və yaxud +994 (51) 206 76 80 Whatsapp nömrəsi vasitəsi ilə müraciət edə bilərsiniz.
Müddətli həyat sığortası
-
1. Müddətli həyat sığortasının üstünlükləri nələrdir?
Müddətli həyat sığortası müddət ərzində ölüm və ya əmək qabiliyyətinin itirilməsi halında sığorta ödənişi təmin edərək ailənin maliyyə təhlükəsizliyini qoruyur
-
2. Müddətli həyat sığortası hansı riskləri əhatə edir?
Sığorta olunan şəxsin ölümü və ya əmək qabiliyyətinin itirilməsi hallarında sığorta ödənişi təmin olunur və ailənin maddi təminatı qorunur.
-
3. Sığorta ödənişi hansı hallarda ödənilir?
Sığorta məbləği sığorta olunan şəxsin sığorta müddəti ərzində ölümü və ya əlillik halında ödənilir.
-
4. Müddətli Həyat Sığortasının müddəti nə qədərdir?
Müddətli həyat sığortasının müddəti 1 il və daha çox ola bilər.
-
5. Müddətli Həyat Sığortası müqaviləsi üzrə necə məlumat ala bilərəm?
Hər hansı sualınız yaranarsa, 012 (940) cağrı mərkəzi ilə və yaxud +994 (51) 206 76 80 Whatsapp nömrəsi vasitəsi ilə müraciət edə bilərsiniz.
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta
-
1. Sığorta müqaviləsi hansı müddətə bağlanır?
İcbari sığorta müqaviləsinin qüvvədə olduğu birinci il və həmin müqavilənin qüvvədə olduğu bütün dövr ərzində tamam olan hər növbəti il.
-
2. Sığorta tarifləri necə müəyyənləşdirilir?
Fəhlə heyəti - 0,2-0,5% arasında Qulluqçu heyəti – 0,4-2,0% arasında
Kredit həyat sığortası
-
1. Kredit sığortası hansı hallarda ödəniş edir?
Sığorta müqaviləsinə əsasən kredit sığortası aşağıdakı hallarda ödəniş təmin edir: 1. Sığortalının vəfatı — kredit üzrə qalıq borcun 100%-i sığorta şirkəti tərəfindən ödənilir. 2. Xəstəlik və ya bədbəxt hadisə nəticəsində əlillik — əmək qabiliyyətinin tam və ya qismən itirilməsi zamanı kredit ödənişləri sığorta tərəfindən qarşılanır.
-
2. Sığorta müqaviləsi hansı müddətə bağlanır?
Kredit sığortası müqaviləsi kreditin müddəti ilə eyni dövr üçün bağlanır və kredit ödənişləri bitənədək qüvvədə qalır
-
3. Yaş məhdudiyyəti varmı?
Kredit sığortası üçün yaş həddi 18–65 yaş arasıdır və sığorta müddəti bitdikdə sığortalının yaşı 65-dən yuxarı olmamalıdır.
İpoteka kreditləri üzrə borc alanların həyat sığortası
-
1. Sığorta müqaviləsi hansı müddətə bağlanılır?
Sığorta müqaviləsi ipotekanın qaytarılması müddətinə - maksimum 360 aya bağlanılır.
-
2. Yaş məhdudiyyəti varmı?
Sığorta müqaviləsi 18 ilə 65 yaş arası şəxslərlə bağlanıla bilər, lakin sığorta müqaviləsinin müddətinin bitdiyi (qüvvədən düşdüyü) anda Sığorta olunanın yaşı 65-dən yuxarı ola bilməz.