Missiyamız

Ən yeni peşəkar biliklərə yiyələnməklə əhalini və biznesi etibarlı maliyyə müdafiəsi ilə təmin etmək.

Şirkət haqqında

Azərbaycanda ilk həyat sığortası şirkəti olan “Atəşgah Həyat” Sığorta Şirkəti 1998-ci ilin mart ayında təsis edilmiş və Azərbaycan Respublikasının “Sığorta haqqında” Qanununun yeni tələblərinə uyğun olaraq müstəsna olaraq həyat sığortası üzrə xidmətləri təqdim etmək üçün 2008-ci ilin dekabr ayında qeydiyyatdan keçmişdir.

Şirkət həyat sığortası üzrə həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari həyat sığortası və sağalmaz xəstəliklərdən sığorta xidmətlərini təklif edir. “Atəşgah Həyat” SŞ sığorta xidmətlərini həm fiziki, həm də hüquqi şəxslərə təqdim edir.

“Atəşgah Həyat” SŞ “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunu çərçivəsində Azərbaycanda ilk olaraq istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə müddətsiz lisenziya almışdır.

“Atəşgah Həyat” SŞ-də 80 nəfərdən artıq əməkdaş çalışır. Müştərilərə keyfiyyətli peşəkar xidmətlərin göstərilməsi məqsədilə şirkət əməkdaşları üçün daim təlimlərin keçirilməsini təmin edir.

Şirkətin müştəriləri sırasında BP, Statoil, Azeri M.I. Drilling kimi iri şirkətlər, Azercell, Bakcell, Azerfon kimi GSM operatorlar və digərləri vardır.

“Atəşgah” Sığorta Qrupuna daxil olan bir şirkət olaraq, “Atəşgah Həyat” SŞ öz xidmətlərini Bakıda fəaliyyət göstərən on üç ofis, habelə Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Mingəçevir, İsmayıllı, Salyan, İmişli və Bərdə şəhərlərində fəaliyyət göstərən ofislər vasitəsilə təqdim edir.

“Atəşgah Həyat” SŞ sığorta xidmətlərini tərəfdaşlar şəbəkəsi vasitəsilə də təqdim edir. Şirkətin etibarlı tərəfdaşları sırasında Access Bank, Bank of Baku, YapıKredi Bank və bir çox digər maliyyə qurumları da vardır.

 

Şirkətin tarixi, mükafatlar

Ödənişlərimiz

24 683 000 AZN
2023 / Sığorta ödənişləri
30 765 064 AZN
2022 / Sığorta ödənişləri
31 556 991 AZN
2021 / Sığorta ödənişləri
39 980 085 AZN
2020 / Sığorta ödənişləri
19 131 144 AZN
2019 / Sığorta ödənişləri
14 720 300 AZN
2018 / Sığorta ödənişləri
55 046 153 AZN
2017 / Sığorta ödənişləri
27 111 809 AZN
2016 / Sığorta ödənişləri