Missiyamız

Ən yeni peşəkar biliklərə yiyələnməklə əhalini və biznesi etibarlı maliyyə müdafiəsi ilə təmin etmək.

 

Vizyonumuz

İnnovasiyalar sayəsində maliyyə sektorunda lider olaraq qalmaq, Azərbaycanın mədəni irsinin qorunub saxlanılması, ölkəmizin firavan və ekoloji təmiz gələcəyi naminə çalışmaq.

 

Prinsiplərimiz

Müştəriyönümlülük –  müştərilərin ehtiyaclarını başa düşmək və onları təmin etmək məqsədilə şirkətin əlavə müştəri axını və əlavə gəlir imkanını yaratmaq

Komanda işi – prosesə bir nəfəri deyil, bir qrup işçini cəlb etməklə qarşıya qoyulmuş məqsədlərə nail olmaq 

İnsan kapitalına sərmayə –  insanın keyfiyyət parametrlərinə, ilk növbədə, onun işçi qüvvəsinə sərmayənin yatırılması (təhsil səviyyəsinə, zehni inkişafa, yaradıcı potensiala, motivasiya sisteminə və s.)

Cəmiyyət qarşısında məsuliyyət – personalın və qonaqların  təhlükəsizliyini və rahatlığını təmin etmək, yerli iqtisadiyyata dəstək olmaq, şirkətin çalışdığı təbii, mədəni və ictimai şəraiti qoruyub saxlamaq

İnnovativlik – biznes proseslərin və bazarın tələbinə uyğun yaradılan sığorta məhsullarının effektiv inkişafını təmin edən yenilikləri tətbiq etmək

 

Yuxarıda qeyd olunanları nəzərə alaraq Cəmiyyətin keyfiyyət siyasətini həyata keçirmək məqsədilə rəhbərlik tərəfindən inkişaf strategiyası əsasında aşağıdakı istiqamətlər müəyyən edilmişdir:

Müştərilərin tələb və gözləntilərini nəzərə almaqla, qarşıda qoyulmuş maliyyə göstəricilərinə nail olunması;

Müştəri, səhmdar və işçi personalın maraqlarını nəzərə almaqla Şirkətin fəaliyyətinin effektliyi və rəqabət qabiliyyətinin artırılması;

Istehlakçıların cari və perspektiv tələblərini və gözləntilərini, onların sığorta şirkətinin xidmətindən və  sığorta məhsullarından məmnunluğunun sistemli şəkildə təhlili, müştərilərin tələblərinə uyğun yeni sığorta məhsullarının işlənib hazırlanması;

Mövcud biznes proseslərin fasiləsiz inkişafı, avtomatlaşdırılması və yeni biznes proseslərin işlənib hazırlanması;

ISO 9001:2015 beynəlxalq standartları əsasında keyfiyyətə nəzarət sisteminin və yerli qanunvericiliyin tələblərinin yerinə yetirilməsi və davamlı effektliyinin təmin edilməsi;

“Atəşgah” SŞ-nin göstərdiyi xidmətlərin artırılmasında və şirkət fəaliyyətinin təkmilləşdirilməsində     iştirak edən personalın davamlı şəkildə təlimləndirilməsi və səriştəliyinin artırılması;

Əməkdaşlıq və etimad çərçivəsində partnyor/təchizatçılarla qarşılıqlı faydalı əlaqələrin qurulması.