Əsas vəzifə öhdəlikləri:
- Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək
- Müştərilərin tələblərini nəzərə alaraq uyğun sığorta məhsulunu təklif etmək
- Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək
- Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək
- Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
- Şöbənin fəaliyyəti ilə bağlı birbaşa rəhbər tərəfindən verilən xidməti tapşırıqları yerinə yetirmək
İş şərtləri
- İş qrafiki: 5/2 (şənbə, bazar, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- İş saatları: I–IV günlər: 09:00 – 18:00, V gün: 09:00 – 17:00
- Şirkət tərəfindən korporativ nömrə təqdim olunur
- Görüşlər üçün sürücü və avtomobil təmin edilir
- Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən təyin olunur
- Bonus və rüblük motivasiya sistemi mövcuddur
Biz sizə nə təklif edirik?
- Karyera və inkişaf üçün geniş imkanlar
- Güclü komanda ruhu və zəngin təcrübə qazanmaq imkanı
- Əmək qanunvericiliyinə uyğun iş şəraiti
- Müasir idarəetmə sistemi və mehriban kollektiv
- Fəaliyyət nəticələrinə əsasən artan əmək haqqı
Tələblər
- Yaş: 21–35
- Təhsil: Ali
- İş təcrübəsi: Satış sahəsində minimum 1–2 il
- Dil bilikləri: Azərbaycan dili – əla, Rus dili – əla, İngilis dili – yaxşı
- Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla ünsiyyət qurmaq bacarığı
- Fikrini dəqiq, lakonik və özünə əmin şəkildə təqdim etmə bacarığı
- Ünsiyyət vasitəsilə insanları cəlb və inandırmaq bacarığı
- Yeni bilik və bacarıqları inkişaf etdirmək həvəsi
- Yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
Müraciət üçün Link-ə keçid edin!