Xəbərlər

“Atəşgah Həyat” Sığorta Şirkəti öz müştəriləri üçün təşkil edilmiş “Loyallıq Sisteminə” start verdi!

21.05.2019

Mayın 19-u, “Atəşgah Həyat” Sığorta Şirkətinin təşkilatçılığı ilə şirkətin korporativ müştəriləri arasında kartinq yarışı keçirilib. “Baku City Karting”-də keçirilən yarışın təşkil olunmasında əsas məqsəd şirkət tərəfindən bu il təsdiq olunmuş “Loyallıq Sistemi”-nə uyğun olaraq müştərilərlə dostluq münasibətlərinin daha da  mökəmləndirmək və xoş zaman keçirmələrini təmin etmək idi. 

İki komandaya bölünən iştirakçılar trasla tanış olduqdan sonra bir-biriləri ilə yarışıblar. İlk yarışın qalibləri finala vəsiqə qazanıblar. 10 dövrəni  ən tez tamamlayan ilk üç yerin sahibləri medal və kubokla mükafatlandırılıblar. İştirakçılar yarışdan böyük zövq aldıqlarını ifadə edərək, bu təşəbbüsə görə “Atəşgah Həyat” SŞ-nə öz təşəkkürlərini bildiriblər.

Müştəri məmnuniyyətinə hər zaman böyük əhəmiyyət verən “Atəşgah Həyat” SŞ bu kimi layihələri tez-tez keçirtməyi planlaşdırır.