Xəbərlər
“Atəşgah Həyat” Sığorta Şirkətinin əməkdaşları təlimçi qismində iştirak ediblər
13.10.2022
“Atəşgah Həyat” Sığorta Şirkətinin əməkdaşları təlimçi qismində iştirak ediblər
“Atəşgah Həyat” Sığorta Şirkətinin əməkdaşları ötən gün Global Food Company əməkdaşlarına təlim keçiblər. Təlim Həyatın Yığım Sığortası məhsulu barədə əsas məlumatların təqdimi ilə başlayıb və sual-cavab sessiyası ilə sonlanıb.
Təlim zamanı “Atəşgah Həyat” Sığorta Şirkətinə məxsus Həyatın Yığım Sığortası ilə sığortalanan şəxslərin əldə etdiyi faydalardan bəhs olunub. Hər insan öz yaxın gələcəyi üçün müəyyən planlar qurmağı və bunun üçün vəsait toplamağı arzulayır.
«Atəşgah Həyat» Sığorta Şirkəti bugün vətəndaşlara bir çox maddi məsələlərin sınanmış həll yolu olan həyatın yığım sığortasını təklif edir. Belə ki, bu sığorta növü sığortalanan şəxslərə həm öz həyatınızı sığortalamaq imkanı verir, həmçinin artan gəlir vəd edir.
Həyatın Yığım Sığortası müqaviləsi bağlamaqla vətəndaşlar öz gəlirlərindən qanunverciliyə uyğun şəkildə ödəmələr edir. Müqavilə müddəti başa çatdıqda isə əldə etdiyi əlavə qazancla birlikdə öz yığılmış vəsaitini əldə etmiş olur.
Həyatın Yığım Sığortasının əsas üstünlüyü vergi və sosial sığorta haqlarından azadolmaların tətbiq edilməsidir. Həyatın yığım sığortası həm qazanc əldə etmək, həm də vətəndaşın ölümü və əmək qabiliyyətinin itirməsi halında onun ailəsini maddi vəsaitlə həyatının sığortalanmasını nəzərdə tutur.