Xəbərlər
“Atəşgah” Sığorta Qrupu 2019-cu ilin 9 ayı üzrə 57 mln. AZN sığorta haqqı toplayıb
14.11.2019
Azərbaycan sığorta bazarının liderlərindən olan “Atəşgah” Sığorta Qrupu 2019-cu ilin yanvar-sentyabr ayları üzrə maliyyə hesabatını təqdim edib. Şirkətlərin bu ilin ilk doqquz ayı ərzində topladığı sığorta haqlarının ümumi həcmi 57 mln. AZN təşkil edib.
“Atəşgah” Sığorta Şirkətinin cari ilin yanvar-sentyabr ayları üzrə sığorta haqlarının həcmi 28 mln. AZN, sığorta ödənişlərinin həcmi isə 15mln. AZN təşkil edib.
“Atəşgah” SŞ-in 2019-cu ilin ilk doqquz ayı ərzində daşınmaz əmlakın icbari sığortası növü üzrə topladığı sığorta haqlarının ümumi həcmi 125% artaraq 4,2 mln AZN təşkil etmişdir. Şirkət həmçinin avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) növü üzrə 3,2 mln AZN sığorta haqqı toplamışdır ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 44% artım deməkdir. Cari ildə şirkətin tibbi sığorta üzrə topladığı haqlarının həcmi isə 27% artaraq 5,3 mln. AZN təşkil etmişdir.
“Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah Həyat” Sığorta Şirkətinin cari ilin 9 ayı ərzində topladığı sığorta haqları 29 mln. AZN, sığorta ödənişlərinin həcmi isə 9, 1 mln AZN təşkil edib.
Yüksək etibarlılıq imicinə malik “Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah” Sığorta Şirkəti 1996-ci ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008 ci ildən fəaliyyət göstərirlər.