İpoteka kreditləri üzrə borc alanların həyat sığortası
Gələcəyə inam üçün “Atəşgah Həyat” Sığorta Şirkəti vətəndaşlara İpoteka kreditləri üzrə borc alanların həyat sığortası təklif edir.
İpoteka həyat sığortası borcalanın və faydalananın maraqları üçün maliyyə qorunması təmin edir. Gözlənilməz həyat vəziyyətləri - sığortalıların ölümü və ya əmək qabiliyyətinin itirməsi halında, sığorta şirkəti sayəsində maliyyə təşkilatı kredit vəsaitlərinin qaytarılmaması, borcalan isə müxtəlif risklərdən çəkinəcəkdir.
Tez-tez verilən suallar
-
1. Sığorta müqaviləsi hansı müddətə bağlanılır?
Sığorta müqaviləsi ipotekanın qaytarılması müddətinə - maksimum 360 aya bağlanılır.
-
2. Yaş məhdudiyyəti varmı?
Sığorta müqaviləsi 18 ilə 65 yaş arası şəxslərlə bağlanıla bilər, lakin sığorta müqaviləsinin müddətinin bitdiyi (qüvvədən düşdüyü) anda Sığorta olunanın yaşı 65-dən yuxarı ola bilməz.