Kredit həyat sığortası

Kredit sığortası nədir və ölüm halında borcu kim ödəyir?

Sabit gəliri olan şəxslər kredit götürərək bir çox maliyyə problemlərini həll edə bilirlər. Ancaq bir çox insanı düşündürən əsas sual budur: əgər kredit alan şəxs vəfat edərsə və ya əlillik alarsa, kredit borcu kim tərəfindən ödəniləcək?

Bu riskləri aradan qaldırmaq üçün kredit həyat sığortası tətbiq olunur.

Ölüm halında kredit borcu necə ödənilir?

Sığortalı şəxs vəfat etdikdə, kredit üzrə qalıq borcun 100%-i sığorta şirkəti tərəfindən ödənilir. Beləliklə, borc ailə üzvlərinin üzərinə düşmür.

Əlillik zamanı kredit ödənişi necə tənzimlənir?

Əgər sığortalıya əmək qabiliyyətini məhdudlaşdıran əlillik dərəcəsi verilərsə, sığorta ödənişi həmin dərəcəyə uyğun şəkildə həyata keçirilir — ya hissə-hissə ya da birdəfəlik.

Kredit sığortası hansı üstünlükləri verir?

  • Ailənin maliyyə təhlükəsizliyi qorunur
  • Bank qarşısında borc riski aradan qalxır

Kredit götürərkən kredit sığortası seçmək həm sizin, həm də ailəniz üçün uzunmüddətli maliyyə rahatlığı yaradır.

Tez-tez verilən suallar

  • 1. Kredit sığortası hansı hallarda ödəniş edir?

    Sığorta müqaviləsinə əsasən kredit sığortası aşağıdakı hallarda ödəniş təmin edir: 1. Sığortalının vəfatı — kredit üzrə qalıq borcun 100%-i sığorta şirkəti tərəfindən ödənilir. 2. Xəstəlik və ya bədbəxt hadisə nəticəsində əlillik — əmək qabiliyyətinin tam və ya qismən itirilməsi zamanı kredit ödənişləri sığorta tərəfindən qarşılanır.

  • 2. Sığorta müqaviləsi hansı müddətə bağlanır?

    Kredit sığortası müqaviləsi kreditin müddəti ilə eyni dövr üçün bağlanır və kredit ödənişləri bitənədək qüvvədə qalır

  • 3. Yaş məhdudiyyəti varmı?

    Kredit sığortası üçün yaş həddi 18–65 yaş arasıdır və sığorta müddəti bitdikdə sığortalının yaşı 65-dən yuxarı olmamalıdır.