Müddətli həyat sığortası
Müddətli həyat sığortası ailənizi ölüm, əlillik və əmək qabiliyyətinin itirilməsi kimi risklərə qarşı maliyyə baxımından qoruyan ən etibarlı həyat sığortası məhsuludur. Bu məhsul ailə başçısının ölümü və əmək qabiliyyətinin itirilməsi nəticəsində qarşılaşa biləcəyiniz problemlərdən sizi və yaxınlarınızın həyatını maddi təhlükəsizlik ilə təmin edir.
Müddətli həyat sığortası qiymətləri digər sığorta növləri ilə müqayisədə daha münasibdir və sığorta haqqı şəxsin yaşı, sağlamlıq vəziyyəti, peşəsi, sığorta məbləği və sığorta müddəti əsasında müəyyən edilir. Məsələn, 35 yaş üçün 10.000 AZN həyat sığortası illik təxminən 90 AZN təşkil edə bilər.
Həyat sığortası ilə ailənizi qoruyun, gələcəyinizi bu gündən təminat altına alın və maliyyə sabitliyi ilə rahat yaşayın
Tez-tez verilən suallar
-
1. Müddətli həyat sığortasının üstünlükləri nələrdir?
Müddətli həyat sığortası müddət ərzində ölüm və ya əmək qabiliyyətinin itirilməsi halında sığorta ödənişi təmin edərək ailənin maliyyə təhlükəsizliyini qoruyur
-
2. Müddətli həyat sığortası hansı riskləri əhatə edir?
Sığorta olunan şəxsin ölümü və ya əmək qabiliyyətinin itirilməsi hallarında sığorta ödənişi təmin olunur və ailənin maddi təminatı qorunur.
-
3. Sığorta ödənişi hansı hallarda ödənilir?
Sığorta məbləği sığorta olunan şəxsin sığorta müddəti ərzində ölümü və ya əlillik halında ödənilir.
-
4. Müddətli Həyat Sığortasının müddəti nə qədərdir?
Müddətli həyat sığortasının müddəti 1 il və daha çox ola bilər.
-
5. Müddətli Həyat Sığortası müqaviləsi üzrə necə məlumat ala bilərəm?
Hər hansı sualınız yaranarsa, 012 (940) cağrı mərkəzi ilə və yaxud +994 (51) 206 76 80 Whatsapp nömrəsi vasitəsi ilə müraciət edə bilərsiniz.