Həyatın Yığım Sığortası
Həyatın Yığım Sığortası yalnız öz həyatınızı sığortalamaq imkanı vermir, həmçinin bəzi vergi güzəştlərindən və depozitlərin faizlərindən gəlir əldə etməyə şərait yaradır.
Hər insan öz yaxın gələcəyi üçün müəyyən planlar qurmağı və bunun üçün vəsait toplamağı arzulayır.
«Atəşgah Həyat» Sığorta Şirkəti bugün vətəndaşlara bir çox maddi məsələlərin sınanmış həll yolu olan həyatın yığım sığortasını təklif edir.
Həyatın Yığım Sığortası müqaviləsi bağlamaqla vətəndaşlar öz gəlirlərindən qanunverciliyə uyğun şəkildə ödəmələr edir. Müqavilə müddəti başa çatdıqda isə əldə etdiyi əlavə qazancla birlikdə öz yığılmış vəsaitini əldə etmiş olur.
Həyatın Yığım Sığortasının əsas üstünlüyü vergi və sosial sığorta haqlarından azadolmaların tətbiq edilməsidir. Həyatın yığım sığortası həm qazanc əldə etmək, həm də vətəndaşın ölümü və əmək qabiliyyətinin itirməsi halında onun ailəsini maddi vəsaitlə həyatının sığortalanmasını nəzərdə tutur.
Proqramın üstünlükləri
Tez-tez verilən suallar
-
1. Müvəqqəti olaraq növbəti sığorta haqqıdı ödəmək üçün vəsaitim yoxdursa, lakin sığortanı davam etdirmək istəyirəmsə, bu zaman vəziyyətdən mümkün çıxış yolları nədir?
Müqaviləni qüvvədə saxlanılması şərti ilə sığorta haqqının ödənilməsini dayandırmaq olar.
-
2. Bir neçə müqavilə bağlaya bilərəm?
Bəli, fəaliyyət göstərdiyiniz sektordan asılı olaraq gəlirinizin 50%-i keçməmək şərti ilə yeni müqavilə bağlaya bilərsiniz.
-
3. Sığorta haqlarını artırıb azaltmaq mümkündür mü?
Bəli, sığorta haqları artırılıb azaldıla bilər.
-
4. Ödənilən sığorta haqlarını ABŞ dollarına konvertasiya etmək mümkündürmü?
Bəli, aylıq konvertasiya mövcuddur.
-
5. Həyatın Yığım Sığortası üzrə necə məlumat ala bilərəm?
Hər hansı sualınız yaranarsa, 012 (940) cağrı mərkəzi ilə və yaxud +994 (51) 206 76 80 Whatsapp nömrəsi vasitəsi ilə müraciət edə bilərsiniz.